Hakim “Vətəndaş Koalisiyası” partiyasından olan deputat Klaudiya Yahira Seymdə (parlamentdə) Ukraynanın “Ukraynaya şöhrət” şüarını səsləndirib. Seymdə digər polşalı deputat Roman Fritz isə bunu biabırçılıq adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
"Ukrayna şüarını parlamentdə hakim Vətəndaş Koalisiyasından olan deputat Klaudiya Yaçira səsləndirib. Sonra sağçı Roman Fritz çıxıb və bunu rüsvayçılıq adlandırıb", - nəşr yazır.
Fritz qeyd edib ki, Ukrayna şüarını nasist salamı ilə müqayisə etmək olar.
QAZİLER.AZ