Afrika ölkəsində "SpaceX"in interneti işləməyə başlayıb

Afrika ölkəsində "SpaceX"in interneti işləməyə başlayıb backend

Somali sakinləri “Starlink” yüksəksürətli internetindən istifadə etməyə başlayıblar.

Qaziler.az-ın məlumatına görə, bu barədə “SpaceX” “X” sosial şəbəkəsində bildirib.

Bu, Şərqi Afrika ölkəsində peyk rabitəsinin yaranması sayəsində mümkün olub.

“Artıq “Starlink” aşağı gecikmə ilə yüksəksürətli internet Somalidə mövcuddur”, - şirkətin yaydığı məlumatda qeyd olunub.

Ukrayna Silahlı Qüvvələri də peyk rabitəsindən istifadə edir. "Starlink" qlobal süni peyklər sistemidir ki, İlon Maska məxsus olan bu şirkət internetin olmadığı yerlərdə yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək üçün yerləşdirir. Peyk sistemlərini inkişaf etdirən “SpaceX”in filialı Vaşinqton ştatının Redmond şəhərində yerləşir.

QAZİLER.AZ