ABŞ prezidenti Donald Tramp Amerika nüvə sualtı qayıqlarının hərəkətləri ilə bağlı məlumatları açıqlamamalıdır.
Qaziler.az bildirir ki, bu fikirləri ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun keçmiş Ali Baş Komandanı Ceyms Stavridis “Bloomberg”in köşə yazısında bildirib. Onun fikrincə, “okean yırtıcıları”nın yeri həmişə gizli qalmalıdır.
“Mən demək istəyirəm ki, bu nəhəng gəmilər okeanın ən yaxşı yırtıcılarıdır. Və onların yeri həmişə gizli saxlanılır”, - Stavridis deyib.
O əlavə edib ki, ABŞ Ordusunun xidmətində üç növ sualtı qayıq var. Trampın onlardan hansına təyinatla bağlı əmr verdiyini söyləmək çətindir.
QAZİLER.AZ