Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını keçirəcək backend

Rusiya avqustun 5-də “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğu” mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını (“Arria formulası”na əsasən) keçirəcək.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Federasiyasının dünya təşkilatı yanında daimi nümayəndəliyinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, görüş Nyu-York vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) başlayacaq.

2025-ci il aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması barədə hesabat verib. Putinin sözlərinə görə, Ukrayna ordusu Kursk vilayətinin işğalı zamanı 76 min adam itirib.

QAZİLER.AZ