Niderland Ukraynaya “Patriot” da daxil olmaqla 500 milyon avro dəyərində Amerika silah sistemləri verəcək.
Qaziler.az bildirir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.
"Ukraynanın indi daha çox hava hücumundan müdafiə sistemi və sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində Amerika silah sistemləri paketini tədarük edən ilk NATO müttəfiqi olacaq", - Ruben Brekelmans paylaşımında yazıb.
Qeyd edilib ki, iyul ayında ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. Siyasətçi Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin vurğulayıb ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəməli olacaq.
QAZİLER.AZ