Ərdoğan yaxın vaxtlarda Ukraynaya səfər edə bilər

Ərdoğan yaxın vaxtlarda Ukraynaya səfər edə bilər backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Kiyevə səfər edə bilər.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Türkiye” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə yaxın günlərdə Kiyevə səfər edəcək. Səfərin gündəliyinə həm azad ticarət razılaşması, həm də münaqişəni sona çatdırmaqla bağlı dinc yolların tapılması üçün davamlı səylər daxildir", - nəşr yazıb.

Bundan əvvəl Ərdoğan Ukraynadakı münaqişənin sona çatmalı olduğunu bildirib və gələcək sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Türkiyə ardıcıl olaraq Rusiya və Ukrayna tərəfləri arasında ən yüksək səviyyədə görüşün təşkilinə açıq olduğunu nümayiş etdirir.

QAZİLER.AZ