İsrailin milli təhlükəsizlik nazirinin Əl-Əqsadakı ibadəti qalmaqala səbəb oldu

İsrailin milli təhlükəsizlik nazirinin Əl-Əqsadakı ibadəti qalmaqala səbəb oldu backend

 İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yəhudilərə ibadət etmək qadağan edilən Məbəd dağındakı Əl-Əqsa məscidi kompleksində dua oxumaqla qalmaqala səbəb olub.

Qaziler.az bildirir ki, bu badərə lenta.ru yazıb.

Nəşrin məlumatına görə, Ben-Qvir Qüdsdəki Əl-Əqsa kompleksini ziyarət edib və yəhudilərin Məbəd dağını ziyarət etməsi qaydasını müəyyən edən status-kvonu pozaraq dua edib. Buna əsasən, yəhudilərin bu yerdə olmasına icazə verilir, lakin dini ayinləri yerinə yetirməyə icazə verilmir.

Qalmaqal nəticəsində İsrailin baş naziri Benyamin Netanyahunun ofisi status-kvonun dəyişməz qaldığını bildirən bəyanat yayıb. Nəşrin məlumatına görə, milli təhlükəsizlik naziri səfəri zamanı İsraili Qəzza zolağının “fəth edilməsinə” və fələstinliləri bölgəni tərk etməyə çağırıb.

QAZİLER.AZ