Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 5 "Eurofighter Typhoon" qırıcısı NATO-nun şərq cinahında əməliyyatlara dəstək vermək üçün Polşaya göndərilib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə avqustun 4-də Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"NATO-nun kollektiv müdafiəsinin gücləndirilməsi çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus beş "Eurofighter EF-2000 Typhoon" qırıcısı yaxın həftələrdə Minsk-Mazovetskidəki 23-cü Taktiki Hava Bazasına yerləşdiriləcək", - idarənin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.
Təyyarənin müdafiə əməliyyatlarını dəstəkləmək üçün istifadə ediləcəyi dəqiqləşib.
QAZİLER.AZ