ABŞ prezidenti Donald Tramp ictimai çıxışlar zamanı özünü qəribə aparmağa başlayıb.
Qaziler.az bildirir ki, “The Guardian” avqustun 3-də buna diqqət çəkib.
Qəzetin yazdığına görə, Tramp müsahibələrdə, açıqlamalarında və mətbuat konfranslarında qəribə davranışlar nümayiş etdirir ki, bu da onun koqnitiv qabiliyyətlərinin pisləşməsindən xəbər verə bilər.
Qəzet misal kimi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşdə yel dəyirmanlarının iki dəqiqəlik müzakirəsini göstərib.
“Həftə sonu fon der Leyen ilə görüş zamanı Tramp qəfildən immiqrasiya məsələsini müzakirə etməkdən bu bəyanata keçdi: “Avropaya daha bir şey deyirəm: biz ABŞ-da yel dəyirmanı tikilməsinə icazə verməyəcəyik. Bizi öldürürlər. Onlar mənzərələrimizin gözəlliyini məhv edirlər”.
Məqalədə deyilir ki, Tramp iki dəqiqə fasiləsiz külək dəyirmanları haqqında danışaraq, heç bir sübut olmadan onların balinaları "hərəkətə gətirdirdiyini" və külək enerjisinin "quşları öldürdüyünü" iddia edib.
Kornell Universitetinin psixologiya kafedrasının baş müəllimi Harri Seqal qeyd edib ki, söhbətdəki qəfil dəyişikliklər Trampın özünə nəzarət etməməsinin və tutarlı bir hekayənin olmamasının nümunəsidir.
QAZİLER.AZ