“Radio Sinsinnati” serialında oynayan amerikalı aktrisa Loni Anderson 79 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 3-də “Hollywood Reporter” publisist Şeril Kaqana istinadən məlumat yayıb.
"Loni Anderson bazar günü vəfat edib. Onun 79 yaşı var idi", - məqalədə deyilir.
Publisistin sözlərinə görə, aktrisa Los-Ancelesdə ağır, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Anderson "Radio Tsintsinnati" komediya serialındakı rolundan sonra məşhurlaşıb. Bundan əlavə, bu, aktrisaya iki "Emmi" mükafatı və üç "Qızıl Qlobus" nominasiyası gətirdi. Anderson həmçinin "Tibb bacıları", "Cinayətdə tərəfdaşlar" və "Asan yol" kimi seriallarda da oynayıb.
QAZİLER.AZ