Yeni Zelandiyada avtobusda çamadanında iki yaşlı qız tapılan qadın həbs edilib.
Qaziler.az bildirir ki, yerli KİV-in məlumatına görə, polis hadisənin bir sərnişinin baqaj bölməsinə daxil olmaq istəməsindən sonra baş verdiyini açıqlayıb.
Polisin verdiyi məlumata görə, avtobus sürücüsü çamadanın hərəkət etdiyini görüb və bu barədə səlahiyyətlilərə məlumat verib. Açıqlamada: “Sürücü çamadanı açanda içərisində 2 yaşlı qız uşağı görüb”, - əlavə edilib.
Uşağın tapıldığı zaman həddindən artıq istidən tərlədiyi müəyyən edilib, ciddi fiziki xəsarət aşkar edilmədiyi qeyd edilib.
Nəzarətə alınan 27 yaşlı qadın "pis rəftar və səhlənkarlıq" ittihamı ilə mühakimə olunacaq.
Qadınla uşaq arasındakı münasibət açıqlanmayıb.
QAZİLER.AZ