ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında aclıqla mübarizə planı üzərində işlədiyini bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Axios” portalına müsahibəsində deyib.
"Biz insanlara, onların yaşamasına kömək etmək istəyirik. Biz insanların qidalanmasını istəyirik. Bu, çoxdan baş verməli idi", - Tramp bildirib.
ABŞ lideri Qəzza zolağında aclığın hökm sürməsi ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib. O, HƏMAS-ı anklava daxil olan humanitar yardımı oğurlayaraq satmaqda ittiham edib.