Qətər Suriyanın elektrik sektoruna 760 milyon dollardan çox sərmayə qoyub

Qətər Suriyanın elektrik sektoruna 760 milyon dollardan çox sərmayə qoyub backend

Qətər Suriyada enerji təchizatının bərpası proqramını genişləndirərək artıq respublikanın elektrik enerjisi sektorunun inkişafına 760 milyon dollardan çox vəsait ayırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “The Peninsula” qəzeti məlumat yayıb.

Qətər İnkişaf Fondu Azərbaycan və Türkiyə ilə birlikdə avqustun 2-dən Suriya əhalisinin elektrik enerjisinə çıxışının bərpası proqramının 800 MVt üçün nəzərdə tutulmuş ikinci mərhələsini həyata keçirməyə başlayacaq. Təşəbbüs 5 milyondan çox suriyalını gündə 5 saata qədər elektrik enerjisi ilə təmin edəcək, həmçinin kommunal xidmətlərə, fabriklərə və sənaye sahələrinə enerji təchizatının davamlılığını artıracaq.

Qeyd edildiyi kimi, Qətər İnkişaf Fondu Suriyanın elektrik enerjisi sektorunun inkişafına ümumi töhfəsi 760 milyon dolları ötüb.

QAZİLER.AZ