Kamboca Tailandla münaqişənin həllində göstərdiyi köməyə görə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına təqdim etməyi planlaşdırır.
Qaziler.az-ın məlumatına görə, bunu krallığın baş nazirinin müavini Sun Çantol “The Wall Street Journal”a bildirib. Onun sözlərinə görə, Ağ Ev sahibinin iştirakı olmasaydı, tərəflər çətin ki, böhranın həlli ilə bağlı razılığa gələ bilərdilər.
“ABŞ prezidentinin müdaxiləsi olmasaydı, Kamboca və Tailand çox güman ki, mübahisəli sərhədin hər iki tərəfində ən azı 45 nəfərin həlak olması nəticəsində hərbi əməliyyatları dayandırmaq üçün saziş bağlamazdılar”, - məqalədə deyilir.
QAZİLER.AZ