ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff cümə günü humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün Qəzza zolağına səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Sabah xüsusi elçi Uitkoff və [ABŞ-ın İsraildəki səfiri Mayk] Hakabi mövcud paylama məntəqələrini yoxlamaq və daha çox ərzaq çatdırmaq üçün plan hazırlamaq, həmçinin yerli sakinlərlə görüşmək üçün Qəzzaya gedəcəklər", - deyə o brifinq zamanı bildirib.
K.Livitt qeyd edib ki, Fələstin anklavına səfərdən sonra Uitkoff və Hakabi "bölgədə ərzaq və yardım paylanması üzrə yekun planı təsdiqləmək" üçün dərhal Amerika lideri Donald Trampı məlumatlandıracaqlar.