Səudiyyə Ərəbistanında insanların olduğu attraksion qırılıb

Səudiyyə Ərəbistanında insanların olduğu attraksion qırılıb backend

Səudiyyə Ərəbistanının Ət-Taif şəhərində “360 dərəcə” adlı attraksionun sıradan çıxması nəticəsində ən azı 23 nəfər xəsarət alıb.

Qaziler.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Okaz” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, attraksionun istismarı zamanı tir qırılıb, onun bir ucuna oturacaqları olan platforma, digər ucuna isə ağırlıq quraşdırılıb. Fövqəladə hadisə insanların ən yüksək nöqtədə olduğu anda baş verib. Ağırlıq platformaya dəydikdən sonra, attraksion yerə yıxılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər. Faktla bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ