Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda, 2025-ci ilin ikinci rübünün nəticələrinə əsasən, İran və İsrail dünyanın ən çox kiberhücuma məruz qalan ölkələrin ilk beşliyinə daxil olub.
İsrail qlobal reytinqdə dördüncü (bütün hücumların 8,4%-i), İran isə siyasi motivli hakerlərin rekord sayda DDoS hücumu ilə üzləşərək beşinci yeri (8,1%) tutub.
Qaziler.az bildirir ki, bu barədə “Gazeta.ru”ya “StormWall”un mətbuat xidmətindən məlumat verilib.
“StormWall” araşdırmasına görə, 2025-ci ilin ikinci rübündə dünya üzrə DDoS hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 108% artıb. Antireytinqin liderləri ənənəvi olaraq ümumi hücumların 12,6%-ni təşkil edən ABŞ, Çin (10,4%) və Hindistan (9,2%) olub. Ekspertlər onların zəifliyini inkişaf etmiş iqtisadiyyatları və Hindistan və Pakistan arasındakı qarşıdurma kimi geosiyasi münaqişələrdə iştirakı ilə əlaqələndirirlər.
İlk 10-luğa Avropa ölkələri də daxil olub: Almaniya altıncı (7,6%), Böyük Britaniya isə yeddinci (7,3%) olub.
QAZİLER.AZ