"Apple"da İT mütəxəssislərin maaşının nə qədər olduğu məlum olub

"Apple"da İT mütəxəssislərin maaşının nə qədər olduğu məlum olub backend

Süni intellekt sahəsində qabaqcıl texnologiya şirkətləri ilə rəqabət aparmağa çalışan “Apple” yüksək maaşla istedadlı tərtibatçıları cəlb edir.

Qaziler.az bildirir ki, bu barədə “Business Insider” (BI) məlumat yayıb.

Ən böyük texnoloji şirkətlər arasında süni intellekt sahəsində sürətlə artan rəqabət fonunda “Apple” kadr axını ilə üzləşir və mütəxəssisləri saxlamaq üçün səylərini artırmağa məcburdur. Təkcə son bir ayda süni intellekt sahəsində dörd aparıcı Apple tədqiqatçısı “Meta”ya köçüb ki, bu da istedadlar uğrunda müharibənin genişlənməsinə növbəti siqnal olub.

Kadrların xaricə axınına cavab olaraq, “Apple” süni intellekt modellərini hazırlayan “Apple Foundation Models” (AFM) bölməsinin əməkdaşları üçün kompensasiyaları artırıb. Şirkət həmçinin mütəxəssislərin işə qəbulunu genişləndirir.

“Apple” tərtibatçılar üçün cəlbedici işəgötürən olaraq qalır. Şirkət təkcə rəqabətədavamlı maaşlar deyil, həm də müxtəlif bonuslar təklif edir. Belə ki, maşın öyrənməsi üzrə mütəxəssis ildə 329 min dollar, proqram mühəndisi 378 min dollar, istifadəçi interfeysi dizayneri 468 min dollar, data-scientist 322 min dollar, data-mühəndisi 234 min dollar qazana bilər.

QAZİLER.AZ