Lukaşenko Belarusa ən yaxın ölkəni açıqlayıb

Lukaşenko Belarusa ən yaxın ölkəni açıqlayıb backend

“Rusiya Belarusa ən yaxın ölkədir”.

Qaziler.az bildirir ki, “Pul Pervoqo” teleqram kanalının verdiyi məlumata görə, bu fikirləri ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.

Onun sözlərinə görə, Belarus hakimiyyəti çoxqütblü dünya şəraitində belə bunu yadda saxlamalıdır.

“İndi çoxqütblülük haqqında çox danışılır, amma mənim postulatımı xatırlayın: "Bizə ən yaxın olan Rusiya Federasiyasıdır!" – Lukaşenko deyib.

Dövlət başçısının Belarus diplomatları ilə görüşü Minskdəki Müstəqillik Sarayında keçirilir. Gündəlikdə xarici kontur üzrə iqtisadiyyat, respublika səfirliklərinin işi, ixracın və investisiyaların artırılması məsələləri var.

QAZİLER.AZ