İran ABŞ-dan təzminat istəyib

İran ABŞ-dan təzminat istəyib backend

ABŞ-la danışıqlardan əvvəl Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”a müsahibəsində deyib.

“Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir? Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”- İran XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib.

İran tərəfi zərbələrin ciddi ziyana yol açdığını etiraf edib.