Tramp Hindistana qarşı əlavə tədbirlər görəcəyini bildirib

Tramp Hindistana qarşı əlavə tədbirlər görəcəyini bildirib backend

ABŞ Rusiya ilə ticarətdə idxal rüsumlarından əlavə Hindistana qarşı hansı əlavə tədbirlər görəcəyini həftənin sonunda açıqlayacaq.

Qaziler.az “Fox News”a istinadla xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bildirib.

Jurnalistlərin Vaşinqtonun Yeni Dehliyə qarşı hansı əlavə məhdudlaşdırıcı tədbirlər görə biləcəyi barədə sualına, Tramp iki ölkə arasındakı münasibətlərdə ticarət kəsirindən danışaraq cavab verib.

Amerika lideri həmçinin qeyd edib ki, Hindistan dünyada ən yüksək idxal rüsumlarına malikdir.

“Hindistan onları əhəmiyyətli dərəcədə azaltmağa hazırdır, lakin nə baş verəcəyini görəcəyik. Biz Hindistanla danışıqlar aparırıq, onların nəyə gətirib çıxaracağını görəcəyik", - Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, sövdələşmənin bağlanması və ya müəyyən rüsumların tətbiqi xüsusi rol oynamır, bu barədə bütün məlumatlar həftənin sonunda açıqlanacaq.

QAZİLER.AZ