Kipr tənzimləyiciləri “Ozon”un Rusiyaya redomisiliasiyasını rəsmən təsdiqləyiblər.
Qaziler.az-ın məlumatına görə, bu haqda şirkətin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, sentyabrın 1-də zəruri dəyişiklikləri təsdiqləmək üçün səhmdarların növbədənkənar yığıncağı keçiriləcək.
“Ozon” Kipr Respublikasının Şirkətlərin Qeydiyyatı və Əqli Mülkiyyət Departamentindən Rusiyaya redomisiliasiya etmək üçün razılıq alıb və 1 sentyabr 2025-ci il tarixində Səhmdarların növbədənkənar Ümumi Yığıncağını elan edib.
QAZİLER.AZ