Kamçatkadakı "Klyuçevskaya Sopka" vulkanının püskürməsi bölgədə baş verən zəlzələdən sonra qeydə alınıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 30-da “Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Dövlət Büdcə Elmi Qurumunun Federal Araşdırmalar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.
"Hazırda "Klyuçevskaya sopka" püskürür", - Telegram kanalı yazır.
Bildirilir ki, hazırda qərb yamacından isti lava axır, həmçinin vulkanın üzərində parıltı var, partlayış səsləri eşidilir.
Mətbuat xidməti həmçinin seysmik stansiyada quraşdırılmış kameradan parlaq işığın yanıb-sönməsinin - vulkanın püskürməsinin göründüyü görüntüləri də nümayiş etdirib.
QAZİLER.AZ