Ekvadorda quldurlar yerli gözəllik kraliçasını güllələyiblər

Ekvadorda quldurlar yerli gözəllik kraliçasını güllələyiblər backend

Ekvadorun Manabi əyalətinin keçmiş gözəllik kraliçası, 25 yaşlı Ester Qabriela Murilyo Krus naməlum şəxslər tərəfindən güllələnib, onun ortağı və bir yaşlı qızı da yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 28-də “The Sun” qəzeti məlumat yayıb.

“Ester Qabriela Murilyo Krus motosikletdə olan iki nəfər tərəfindən pusquya salınaraq olduğu maşına atəş açılıb.

Modelin güllə yarası ilə xəstəxanaya aparılsa da, qısa müddət sonra dünyasını dəyişdiyi qeyd edilir. Onun yanındakı şəxs və uşağı xəstəxanaya yerləşdirilib.

Ekvadorun hüquq-mühafizə orqanları cinayətin baş vermə şəraitini araşdırır. Hücumun motivləri hələ müəyyən edilməyib.

QAZİLER.AZ