Malta bu tarixdə Fələstin dövlətini tanıyacaq

Malta bu tarixdə Fələstin dövlətini tanıyacaq backend

Maltanın Baş naziri Robert Abela sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı ölkəsinin Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Abela bu bəyanatı Böyük Britaniyanın Baş naziri Kir Starmerin oxşar addım atmasından bir neçə saat sonra və Fransanın tanınma planlarını elan etməsindən bir neçə gün sonra verib.

Baş nazir Abela sosial şəbəkədəki paylaşımında, "Bu mövqe Yaxın Şərqdə davamlı sülh üçün səylərə sadiqliyimizi əks etdirir" dedi.

Malta hökuməti may ayında Fələstini tanımaq planlarını açıqlayıb və bunun iyunda keçiriləcək BMT konfransında ediləcəyini açıqlayıb. Lakin konfrans təxirə salınıb.

Ada ölkəsi uzun müddətdir ki, Fələstin məsələsini dəstəkləyir.

İyulun ortalarında sağ mərkəzçi müxalifət də hökuməti Fələstini dərhal tanımağa çağırıb.

May ayında İrlandiya, Norveç və İspaniya da Fələstini müstəqil dövlət kimi tanıyıb.

QAZİLER.AZ