Avstraliyada yeniyetmələrin YouTube-a girişi qadağan ediləcək

Avstraliyada yeniyetmələrin YouTube-a girişi qadağan ediləcək backend

Avstraliya “YouTube”u yeniyetmələr üçün sosial şəbəkələrə qadağa qoyulan saytlar siyahısına əlavə edəcək.

Qaziler.az bildirir ki, bu barədə iyulun 29-da “Reuters” ölkə hökumətinə istinadən məlumat yayıb.

Qərar yetkinlik yaşına çatmayanlar arasında aparılan araşdırmanın nəticələrinə əsasən qəbul edilib: sorğu zamanı respondentlərin 37%-i video platformada zərərli məzmunun olduğunu bildirib. Məhdudiyyətlər dekabr ayından qüvvəyə minəcək.

YouTube bildirib ki, saytdan 13-15 yaş arası avstraliyalıların demək olar ki, dörddə üçü istifadə edir və sosial şəbəkə kimi təsnif edilməməlidir, çünki onun əsas fəaliyyəti videoların yerləşdirilməsidir.

"Mövqemiz aydın olaraq qalır: YouTube video paylaşma platformasıdır. Bu, sosial şəbəkə deyil", - YouTube sözçüsü bildirib.

QAZİLER.AZ