ABŞ hökuməti Alyaskanı Rusiyaya bazar qiymətinə sata və satışdan əldə edilən pulu milli borcunu bir qədər azaltmaq üçün istifadə edə bilər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, belə bir təkliflə iyulun 30-da Krım "parlamenti"nin rəhbəri Vladimir Konstantinov çıxış edib.
O, amerikalı polkovnik-leytenant Cefri Fritsin Komandor adalarının Rusiyadan alınmasını nəzərdən keçirməyi təklif edən açıqlamasını belə şərh edib. Hərbçi "Breaking Defence" nəşri üçün yazdığı məqalədə qeyd edib ki, ABŞ Arktikaya gedən Çin sualtı qayıqlarının fəaliyyətini izləmək üçün ada ərazisindən istifadə edə bilər.
"Onlar Alyaskadan doyublar. Yeri gəlmişkən, bəlkə də biz onu almalıyıq, çünki onlar dünya xəritəsini belə asanlıqla yenidən cızırlar? ABŞ isə pulu öz milli borcunu bir qədər azaltmaq üçün istifadə edə bilər. Vaxtilə onu heç neçəyə satıblar. Biz onu bazar qiymətinə alaq", - Konstantinov RİA Novosti-yə müsahibəsində deyib.
O, qeyd edib ki, belə bir biznes kifayət qədər "əhəmiyyətsizdir", lakin nəzərə almaq lazımdır ki, Alyaskanı rus səyyahları kəşf edib, araşdırıb və inkişaf etdirib, Gazeta.Ru qeyd edir. "Amma amerikalıların Komandor adaları ilə heç bir əlaqəsi yoxdur".
QAZİLER.AZ