Avqustda Malayziya kralı Sultan İbrahim Rusiyaya səfər edəcək.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Onun sözlərinə görə, Malayziya kralının səfəri iki ölkə arasında münasibətlərə yeni dinamika və təkan verəcək.
O qeyd edib ki, Rusiya ilə Malayziyanı uzun illər dostluq və qarşılıqlı anlaşma birləşdirir.
Matviyenko vurğulayıb ki, son illər ölkələr arasında münasibətlər əhəmiyyətli dərəcədə fəallaşıb.
QAZİLER.AZ