Türkiyə Xarici İşlər Nazirliyi Çinin paytaxtı Pekində baş verən daşqın nəticəsində həyatını itirənlərə görə başsağlığı verib.
Qaziler.az bildirir ki, bu barədə "TRT-Haber" məlumat yayıb
Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayaraq, Pekin və ətrafında baş verən daşqınlar nəticəsində insan tələfatından dərin kədərləndiyini bildirib.
Bəyanatda həyatını itirənlərin ailələrinə və Çin xalqına başsağlığı verilib.
Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) paylaşdığı rəsmi məlumatlara görə, Pekinin Miyun rayonunda 28, Yançenq rayonunda isə güclü yağışların yaratdığı daşqın və fəlakətlər nəticəsində 2 nəfər ölüb.
QAZİLER.AZ