Rusiyada “erməni soyqırımı“nı inkar edənlər cəzalandırıla bilər - QANUN LAYİHƏSİ

Rusiyada “erməni soyqırımı“nı inkar edənlər cəzalandırıla bilər - QANUN LAYİHƏSİ backend

Rusiya Dövlət Dumasına qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi təqdim edilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov özünün "Twitter" səhifəsində yazıb.

"Biz Fransanın nümunəsində olduğu kimi, 1915-ci ildəki erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanunun layihəsini Dumanın müzakirəsinə təqdim etdik" - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Sergey Mironov sözügedən qanun layihəsinin yaxın günlərdə parlamentin gündəliyinə çıxarılacağını bildirmişdi.

Diaspora