İrəvanda Qarabağda döyüşən erməni cinayətkar dəstəsi tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

İrəvanda Qarabağda döyüşən erməni cinayətkar dəstəsi tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ backend

Ermənistanın Mİlli Təhlükəsizlik Xidməti ağır cinayətlərdə şübhəli bilinən qrupu zərərsizləşdirib. APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, 1997-ci ildən İspaniyada yaşayan, hazırda İrəvanda müvəqqəti məskunlaşan Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Valerikoviç Vardanyan ağır cinayətlər törətmək məqsədilə dəstə düzəldib.

Həmin dəstənin 19 nəfər üzvü olub. Onların beşi İrəvan, 7-si Şirak, 3-ü Armavir, 2-si Lori, hərəsi 1 nəfər olmaqla Kotayk, Qeqrakun və Sünik sakinləridir. Dəstədə həmçinin 4 qadın fəaliyyət göstərib, banda nümayəndələrindən 3-ü Qarabağ savaşının iştirakçılarıdır.

Saxlanılanların kirayə qaldıqları evdən çoxlu sayda silah-sursat tapılıb. Dəstə üzvləri həyata keçirmək istədikləri cinayətləri məhz bu evdə keçirdikləri yığıncaqlarda planlaşdırıblar.
Polislə bir yerdə keçirilən əməliyyat zamanı onlardan tapançalar, qumbaraatanlar, qumbaralar, partlayıcı maddələr, patronlar, rabitə aparatları götürülüb. Cinayətkarların cəbbəxanasından həmçinin "AK-74", biri səsboğucusu olmaqla "AKM" avtomatları, müxtəlif tüfənglər, tank əleyhinə minalar aşkarlanıb.

Bandaya məxsus daha bir neçə mənzil isə Gümrüdə olub. Dəstə başçısı və bandanın digər üzvlərinin hamısı tutulub. Onların barəsində cinayət işi açılıb.


Diaspora