Zalujnının fotosu məşhur moda jurnalında

Zalujnının fotosu məşhur moda jurnalında backend

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə ölkənin Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı məşhur moda jurnalı “Vogue”da köşə yazıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz teleqram kanalında məlumat yayıb.

Jurnalistlərin fikrincə, bu nəşrdə səfir uşaqlıqdan başlayaraq öz həyatından bəhs edir və onun fikrincə, Ukraynanın Rusiya ilə uzun sürən hərbi münaqişədən nəticə çıxardığı qənaətinə gəlib.

Jurnal Zalujnının köşə yazısı üçün fotoşəkil seçib. Foto ağ-qara rəngdə olub.

“Strana.ua” nəşrinin məlumatına görə, bir gün əvvəl “Vogue” jurnalında Ukraynanın yeni baş naziri Yuliya Sviridenkonun fotosessiyası da dərc olunub.

QAZİLER.AZ