İsrail-İran müharibəsində ABŞ-nin THAAD raket ehtiyatının 25%-i TÜKƏNİB

İsrail-İran müharibəsində ABŞ-nin THAAD raket ehtiyatının 25%-i TÜKƏNİB backend

ABŞ iyun ayında İsrailin İranla silahlı münaqişəsi zamanı cəmi 12 gün ərzində müasir THAAD hava hücumundan müdafiə raketləri ehtiyatının təxminən 25%-ni məhv edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Qeyd edilib ki, ABŞ 100-150 raket xərcləyib ki, bu da onların istehsal sürətindən xeyli yüksəkdir.

Ötən il ölkə cəmi 11 raket alıb, bu il isə daha 12 raket alacaq. 2026-cı ildə isə ABŞ ordusu 37 raket almağı planlaşdırır. Hər raketin qiyməti təxminən 12,7 milyon dollar təşkil edir.

THAAD qısa və orta mənzilli ballistik raketləri həm Yer atmosferində, həm də onun hüdudlarından kənarda uçuşunun son mərhələsində vura bilən mobil sistemdir. ABŞ-nin arsenalında ümumilikdə yeddi THAAD sistemi var və onlardan ikisi münaqişə zamanı İsraildə istifadə edilib.

QAZİLER.AZ