Starmer Fələstinlə bağlı mövqeyinə görə təcrid oluna bilər

Starmer Fələstinlə bağlı mövqeyinə görə təcrid oluna bilər backend

Böyük Britaniyanın baş naziri Kir Starmerin Fələstinin tanınması məsələsində qərarsızlığı onun Nazirlər Kabineti və İşçi Partiyası daxilində siyasi təcridinə səbəb ola bilər.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, “gözlə və gör taktikası” artıq partiyanın seçicilər arasında mövqeyini zəiflədib və partiya yoldaşları ilə münasibətləri gərginləşdirib.

Nəşr belə ehtiyatlılığı ABŞ prezidenti Donald Trampla yaxın münasibətlər saxlamaq niyyəti ilə əlaqələndirir. Onun Böyük Britaniyaya səfəri sentyabrın 17-19-na planlaşdırılıb. Bununla yanaşı, Starmer qəzetin aydınlaşdırdığı kimi, Fələstinin tanınmasını da istisna etmir.

Məlumatda qeyd olunub ki, Fələstin dövlətinin tanınması bəndi 2024-cü ilin iyulunda hakimiyyətə qayıdan Leyboristlər Partiyasının seçki proqramına daxil edilib. Lakin sənəddə mümkün qərarın vaxtı göstərilməyib.

QAZİLER.AZ