ABŞ 2008-ci ildən bəri ilk dəfə Böyük Britaniya ərazisində nüvə silahını yerləşdirib.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Bildirilib ki, Vaşinqton bununla Rusiya Prezidenti Vladimir Putinə birbaşa və birmənalı siqnal göndərib.
Nüvə silahının yerləşdirilməsi əməliyyatı nümayişkaranə şəkildə və işə salınmış transponderlə həyata keçirilib.
Bunun Rusiyanın hər şeyi izləməsi və Vaşinqtonun gərginliyə hazır olduğunu başa düşməsi üçün edildiyi vurğulanır.
Hərbi analitiklərin fikrincə, iyulun 16-da ABŞ-nin "C-17" hərbi-nəqliyyat təyyarəsi nüvə silahı anbarının yerləşdiyi Nyu-Meksiko ştatındakı Kirtland aviabazasından havaya qalxaraq, Böyük Britaniyadakı Leykenhit aviabazasına istiqamət alıb.
Böyük ehtimalla, təyyarə Britaniyaya ən yeni "B61-12" termonüvə bombalarını çatdırıb.