İsrail Qəzzaya humanitar yardımı təmin edəcək

İsrail Qəzzaya humanitar yardımı təmin edəcək backend

İsrail tərəfi Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Aİ ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasının bəyanatında deyilir.

“İsrail Qəzza zolağına böyük həcmdə humanitar yardım axınını təmin etmək üçün beynəlxalq qurumlarla, eləcə də ABŞ və Avropa ölkələri ilə işləməyə davam edəcək”, - mətndə deyilir.