Tramp Qəzzada yardım üçün xüsusi mərkəzlərin yaradılacağını deyib

Tramp Qəzzada yardım üçün xüsusi mərkəzlərin yaradılacağını deyib backend

ABŞ prezidenti Donald Tramp Qəzzada HƏMAS-la bağlı problemin başqa üsulla həll edilməli olduğunu deyib. O, İsrailin Baş naziri Benyamin Netanyahuya məsələni həll etməyin başqa bir yolunu tapmalı olduğunu söyləyib.

APA xəbər verir ki, Donald Tramp Qəzzada aclığın hökm sürdüyünü və əsas prioritetin ac uşaqları doydurmaq olduğunu bildirib.

ABŞ lideri Qəzzada ərzaq paylanması üçün xüsusi mərkəzlərin yaradılacağını da bəyan edib.