Yaponiyanın Mito şəhərinin (İbaraki prefekturası) mərkəzində naməlum şəxs insanlara bıçaqla hücum edib, nəticədə azı 4 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, iyulun 28-də NHK telekanalının verdiyi məlumata görə, hücum edən şəxs hadisə yerində saxlanılıb.
"Kişi Mito şəhərinin mərkəzində küçədə yoldan keçənləri bıçaqlayıb. Məlumata görə, dörd nəfər, ikisi ağır olmaqla yaralanıb", - nəşr yazıb.
İlkin məlumata görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur. Polis hücumun motivlərini araşdırır.
Ehtimal olunur ki, saxlanılan şəxs tanımadığı şəxslərə təsadüfi hücum etmiş ola bilər.
QAZİLER.AZ