Yurmalada keçirilən musiqi festivalı zamanı latviyalı müğənni Layma Vaykule açıq şəkildə Ukraynaya daha çox silah verilməsinə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 28-də "Baltnews" agentliyi öz Telegram kanalında məlumat yayıb.
"Ukraynaya silah vermək daha yaxşıdır", - o, müxbirin musiqinin sülhə nail olmağa kömək edəcəyi ilə bağlı sualına cavab olaraq deyib.
Müğənni bildirib ki, sovet əsgərlərinin abidələri heç bir bədii dəyəri olmadığı üçün sökülməlidir. O, həmçinin Ukraynadakı müharibəyə qarşı çıxıb.
QAZİLER.AZ