Mərakeşdə hərbi təyyarə qəzaya uğradı: Pilotlar həlak oldu

Mərakeşdə hərbi təyyarə qəzaya uğradı: Pilotlar həlak oldu backend

Mərakeş Hərbi Hava Qüvvələrinə məxsus "Alpha Jet" təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Hər iki pilot həlak olub.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 28-də mənbəyə istinadən "Hespress" qəzeti məlumat yayıb.

 “Kral Hərbi Hava Qüvvələrinə məxsus “Alpha Jet” hərbi təyyarəsi qəzaya uğrayıb", - məlumatda deyilir.

Təyyarənin "Meknes" aviabazasından havaya qalxaraq Fes-Saiss hava limanına enərkən qəzaya uğradığı dəqiqləşdirilir.

QAZİLER.AZ