Mərakeş Hərbi Hava Qüvvələrinə məxsus "Alpha Jet" təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Hər iki pilot həlak olub.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 28-də mənbəyə istinadən "Hespress" qəzeti məlumat yayıb.
“Kral Hərbi Hava Qüvvələrinə məxsus “Alpha Jet” hərbi təyyarəsi qəzaya uğrayıb", - məlumatda deyilir.
Təyyarənin "Meknes" aviabazasından havaya qalxaraq Fes-Saiss hava limanına enərkən qəzaya uğradığı dəqiqləşdirilir.
QAZİLER.AZ