Tailandın paytaxtı Banqkokda bazarda baş verən atışma nəticəsində azı 6 nəfər ölüb.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, hadisə yerli vaxtla bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları və yerli ərzaqların satıldığı Or To Ko bazarında baş verib.
Səlahiyyətlilər hücum edənin daha sonra intihar etdiyini açıqlayıb. "Erawan" Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın var.
Hadisə ilə bağlı araşdırma başlansa da, hücumun motivi və təcavüzkarın kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb. Xəsarət alanlar barədə məlumat verilmir. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.
QAZİLER.AZ