Almaniyanın Baden-Vürtemberq federal əyalətində "Deutsche Bahn"a məxsus regional qatarın iki vaqonunun relsdən çıxması nəticəsində 3 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb.
Qaziler.az bildirir ki, "Bild" qəzetinin iyulun 28-də verdiyi məlumata görə, onlardan 25-ə yaxını ağır yaralanıb.
Fövqəladə hadisə bazar günü, iyulun 27-də, yerli vaxtla təxminən saat 18:10-da Ridlingen şəhəri yaxınlığında baş verib. Qəza zamanı Siqmaringendən Ulmaya gedən qatarda təxminən 100 nəfər olub.
Həlak olan üç nəfərdən ikisi "Deutsche Bahn" dəmiryolu şirkətinin işçisi, onlardan biri qatar maşinisti olub.
Polisin məlumatına görə, təbii fəlakətə səbəb torpaq sürüşməsi olub. Hazırda sözügedən hissədə qatarların hərəkəti dayandırılıb.
QAZİLER.AZ