General Bridlav: “NATO gərginliyi azaltmağa çalışır”

General Bridlav: “NATO gərginliyi azaltmağa çalışır” backend

NATO Rusiyaya məxsus hərbi təyyarənin vurulması ilə bağlı yaranmış gərginliyi azaltmağa çalışır. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.


“Gərginləşmiş vəziyyəti yumşaltmaq əzmindəyik. Heç kim hər hansı formada vəziyyətin mürəkkəbləşməsini arzulamır. Hazırda bu istiqamətdə səylər davam etdirilir”, deyə general bildirib.

Qeyd edək ki, Filip Bridlav hazırda Latviyanın paytaxtı Riqada işgüzar səfərdədir.

Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.
Diaspora