Kiprdə meşə yanğını 114 evi məhv edib
Kiprin Limassol şəhərində meşə yanğını nəticəsində 110-dan çox ev yanıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 25-də “Phileleftheros” qəzeti məlumat yayıb.
“Limassolda baş verən yanğında dağılan evlərin sayı 114-ə çatıb", - məqalədə deyilir.
Yanğınlar ictimai infrastruktura da ziyan vurub. Hazırda zərərçəkmiş ərazilərdə su və elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər aparılır.
Nəşrin məlumatına görə, yanğın yeddi memarlıq abidəsinə, o cümlədən ən qədim kilsələrə, orta əsrlərə aid körpüyə və su dəyirmanına ziyan vurub. Eratosfen Mükəmməllik Mərkəzinin məlumatına görə, yanğın təxminən 125 kvadrat kilometr ərazini yandırıb.
QAZİLER.AZ