Malayziyada valideynləri evdə olmayan bir yaşlı uşaq itlər tərəfindən parçalanıb.
Qaziler.az bildirir ki, bu barədə "World of Buzz" xəbər verir.
Mətbuatın yazdığına görə, valideynlər işdən evə qayıdarkən azyaşlı oğlunu həyat əlaməti olmadan evdən 20 metr aralıda itlərin əhatəsində görüblər. Ana və ata işdə olarkən uşaq dayısının himayəsində olub.
Rayon polis rəisi Məhəmməd Hafizin sözlərinə görə, uşaq bir yaş yeddi aylıq olub. Həkimlər onun başında və bədənində, heyvan dişləmələri nəticəsində çoxlu yaralar və cızıqlar qeydə alıblar.
"Uşağın atası dedi ki, o, arvadı ilə bütün evi axtarsa da, uşağı tapmayıb. Daha sonra onun evdən cəmi 20 metr aralıda yerdə uzandığını görüblər", - polis əməkdaşı bildirib.
Polis hadisə ilə əlaqədar, o cümlədən uşağa nəzarətdə mümkün səhlənkarlıqla bağlı araşdırma aparır. Hadisədən sonra yerli sakinlər ərazidə vəhşi itlərin sayının artmasından narahat olduqlarını da bildiriblər.
QAZİLER.AZ