Fransada evləri yataq böcəkləri basıb

Fransada evləri yataq böcəkləri basıb backend

Fransada son bir il ərzində evlərdə yataq böcəyinin artması hallarının sayı iki dəfə artıb.

Qaziler.az-ın məlumatına görə bu barədə BFMTV kanalı Dezinfeksiya üzrə Ekspertlər İttifaqı və Ətraf Mühitin Mühafizəsi Mütəxəssisləri Assosiasiyasının məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, iyun ayında ölkə üzrə zərərvericilərə qarşı mübarizə xidmətində 77 minə yaxın müraciət qeydə alınıb.

İlin əvvəlində yataq böcəklərinin yayılma sürəti 25 faiz azalıb. Telekanalın məlumatına görə, parazitlər ilk növbədə əhali dövriyyəsinin yüksək olduğu və sanitariya səviyyəsinin aşağı olduğu ərazilərə təsir edir. Bundan başqa, böcəklərin artması turizm mövsümünün başlaması ilə də bağlı ola bilər.

QAZİLER.AZ