Kamboca XİN Taylandla arasındakı gərginliklə bağlı təcili iclas keçirib

Kamboca XİN Taylandla arasındakı gərginliklə bağlı təcili iclas keçirib backend

Kamboca Xarici İşlər Nazirliyi Taylandla sərhəddə münaqişənin kəskinləşməsi fonunda Pnompendəki xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə təcili iclas çağırıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə yerli “Khmer Times” qəzeti məlumat yayıb.

"Tayland və Kamboca sərhədində gərginliyin artmasına cavab olaraq Xarici İşlər Nazirliyi bu səhər Kambocadakı bütün səfirlərlə görüş keçirir", - qəzet açıqlamasında bildirib.

Məqalədə qeyd edilib ki, iclas Kamboca və Tayland arasında münaqişənin səbəblərini araşdırmaq və iki ölkə arasında münasibətlərdə yaranmış böhranın diplomatik həll yollarını tapmaq məqsədi daşıyır.

QAZİLER.AZ