Serbiya Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyə hazır olduğunu bildirib, lakin bu şərtlə ki, respublikanın Aİ-yə üzvlüyü praktiki olaraq təmin olunsun.
Qaziler.az-ın məlumatına görə, bunu Avstriyanın “Der Standard” nəşrinə müsahibəsində ölkənin Avropaya inteqrasiya üzrə naziri Nemanya Staroviç deyib.
Rəsminin sözlərinə görə, Belqrad belə bir addımı Avropa Birliyinə mümkün üzvlüyə cəmi bir neçə ay qalmış ata biləcək. O, Serbiyanın Ukraynadakı münaqişəni əvvəldən birmənalı şəkildə pislədiyini xatırladıb, lakin hazırda Moskvaya qarşı məhdudiyyətlərin tətbiqinin, Belqradın fikrincə, Rusiyaya ciddi təsir etməyəcəyini, əksinə Serbiya iqtisadiyyatına ciddi ziyan vuracağını vurğulayıb.
Staroviç vurğulayıb ki, ölkənin Aİ-yə qəbulu ilə bağlı dəqiq və vaxtında təminat almadan Serbiya sanksiyalar siyasətinə qoşulmaq niyyətində deyil.
QAZİLER.AZ