Tayland 3-cü tərəfin Kamboca ilə danışıqlarda iştirakını RƏDD EDİB

Tayland 3-cü tərəfin Kamboca ilə danışıqlarda iştirakını RƏDD EDİB backend

Tayland üçüncü tərəfin Kamboca ilə münaqişənin həllində iştirakını rədd edir.

Qaziler.az-ın məlumatına görə, bunu “Reuters” agentliyinə müsahibəsində Tayland Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikondet Falanqkun deyib.

“Tailand üçüncü ölkələrin Kamboca ilə davam edən münaqişəyə son qoymaq üçün vasitəçilik səylərini rədd edərək, Pnompenin hücumları dayandırmasını və vəziyyəti yalnız ikitərəfli danışıqlar yolu ilə həll etməsini təkid edir”, - bəyanatda deyilir.

Falanqkunun sözlərinə görə, ABŞ, Çin və Malayziya danışıqlarda vasitəçilik təklif edib, lakin Banqkok münaqişənin ikitərəfli həllinə can atır. O vurğulayıb ki, iki ölkə arasında qarşıdurma olduğu üçün ikitərəfli ünsiyyət ən yaxşı çıxış yoludur.

QAZİLER.AZ